Mixayil Zabelin: Xalqın səbri tükənib


Mixayil Zabelin: Xalqın səbri tükənib
Son günlər Azərbaycan-Ermənistan münaqişə xəttində həyəcanın artması ilə bağlı Moskvada işgüzar səfərdə olan Milli Məclisin deputatı Mixail Zabelinin fikrini öyrəndik. M. Zabelin Azərbaycan tərəfin münaqişənin qanlı yolla həllində maraqlı olmadığını, lakin əks tərəfin bütün diplomatik yanaşmalarımıza baxmayaraq sakit dayanmadığını bildirdi.

Yenises.ru-ya açıqlamasında son günlər rəsmi məlumatda 5 əsgərin həlak olduğu bildirilsə də, sayin bu rəqəmin daha çox üstündə dayandığını düşündüyünü də söylədi.

“Biz müharibə tərəfdarı deyilik, siyasətçilərmiz, diplomatlarımız bütün diplomatik yollara əl atıb bunun sülhlə həll olmasını istəsələr də artıq onların da inamları tükənib. Ölkədə, evindən, elindən uzaq düşən, qohumunu-qardaşını itirən milyonlarla qaçqın ailələr var. Və onlar bu gün də oğullarını, yaxınlarını cəbhədə itirməkdə davam edirlər. Bizim xalqın da səbrinin həddi var. Atrıq xalqın səbr kasası daşıb. Buna birdəfəlik nöqtə qoymaq, müharbə yolu ilə torpaqları geri qaytarmaq istəyirlər”.

Azərbaycan tərəfin 5 kəndi azad etməsi haqqında mətbuatda gedən xəbəri isə dezinformasiya adlandırdı. “Belə bir xəbər haqqında bilmirəm, olsa bilərdim”. Bunu da M. Zabelin dedi.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın