Rusiya xarici işlər naziri Lavrov xaricilərə söyürmüş
Rusiyanın 1-ci kanalının “Veçerniy Urqant” proqramında Urqantın qonağı olan xarici işlər naziri Lavrov xaricilərin yanında söyüş işlətdiyni etiraf edib. Lakin bunun detallarına açıqlamayıb.
Yenises.ru-nun Lenta.ru saytına istinadən verdiyi məlumata görə ötən gün BMT –nin yaranması günü münasibətilə “Veşerniy Urqant” proqramının qonağı olan Rusiya xarici işlər naziri söhbət zamanı xarici qonaqların yanında söyüş söydüyünündən, bir neçə dil bildiyindən və BMT-nin müasir dünyadakı rolundan danışıb.
Urqantın rus dilini bilməyən xarici vətəndaşalrın yanında söyüşlü ifadə işlədibsinizmi sualına XİN:- “o qədər olub” –deyə cavab verib. Amma rus söyüşünü harada və kimə ünvanladığını açıqlamayıb. Bundan başqa Lavrov ingilis, fransız və sinqal dillərini əla bildiyini söyləyib. Axırıncının Şri-Lanka əhalisnin danışdığı dil olduğunu qeyd edib.
Rusiya xarici işlər nazirliyinin yetkilisi karyerasi dövründə 136 ölkəyəyə səfər etdiyini və bəzilərində dəfələlə olduğunu vurğulayıb. Bir ölkə var ki, onu görməyi çox arzulasa da nəsibi olmayıb. “Bir arzum bu yaxınlarda gerçəkləşəcək-bu Kambocadır- deyib nazir. Orada tədbirə qatılacam, orada olmağı çox arzulamışdım”.
/Yenises.ru/