Aydın Mirzəzadə: “Nəinki erməni dili, hətta onun dialektləri də dərindən öyrənilməlidir”
Facebook səhifəsində üniversitetlərdə erməni dili fakültəsi açılması təklifi ilə çıxış edən Milli Məclisin deputatınının bu fikri mətbuatda müzakirə mövzusu olub. Buna reaksiya verən müxalifət mətbuatına deputat da adekvat cavab verib. aydın Mirzəzadə facebook səhifəsindən onunla uğraşanlara bunları çatdırıb:
“Dünən səhifəmdə Azərbaycan universitetlərində erməni dili fakültəsinin açıqlması ilə bağlı təklif irəli sürdüm. Təklifə müsbət yanaşanlar olsa da arşılansa da, buna başqa tərəfdən baxanlar da oldu. Belə ki, AXCP sədrinin müavini Nurəddin Məmmədli 14 iyun 2013-cü il tarixli “Azadlıq” qəzetinə açıqlamasında deyib ki, hakimiyyət nümayəndələrinin erməni sevgisi erməni lobbisinin seçki ərəfəsində nüfuzunu qazanmaq və onlardan istifadə etmək məqsədinə xidmət edir. AXCP rəsmisi hesab edir ki, Rövnəq Abdullayevin Ermənistana qaz satmaq təklifi effekt vermədi, indi də yeni təkliflə erməni lobbisinin diqqətini çəkmək istəyirlər.
Müxalifət partiyasının nümayəndəsinin məsələyə bu cür yanaşması suallar doğurur. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edib və uzun müddətdir həm bölgədə, həm də beynəlxalq aləmdə aktiv müstəvidə iş aparır. Bu baxımdan, erməni dilinin öyrənilməsi ilə bağlı təklifi perspektiv planlarda məqsədəuyğun saymaq olar. Amma bununla seçkinin eyniləşdirilməsi qəribə səslənir.
“Bu onların dövlət idarəçiliyinə nə dərəcədə hazır olduğunu göstərir”-ironik tonu ilə davam edən deputat- Azərbaycan iqtidarı 20 ildir ki Azərbaycanın problemlərini uğurla həll edir, Dağlıq Qarabağ uğrunda mübarizədə Ermənistan və xaricdəki erməni lobbisinin təzyiqinə davam gətirir. Aparılan siyasət bu gün Azərbaycanın inkişaf edən bir dövlətə çevirib”-yazır açıqlamasında.
“Həmçinin erməni millətçi dairələrinin uzun müddətdir beynəlxalq fəaliyyətdə iflasa uğramasına səbəb olur. Mənim verdiyim təklif əslində Ermənistanda gedən prosesləri daha dərindən öyrənmək məqsədi daşıyır. Bu gün Ermənistan və erməni diasporu beynəlxalq fəaliyyətdə xarici dillərdə müəyyən qədər material yayımlayırlar. Amma erməni dilində çıxan mətbuatda, nəşr edilən kitablarda onların əsl siması daha dərində gizlənir. Bunu bilmək üçün onun dilini bilmək lazımdır. Nəinki erməni dili, hətta qədim erməni dili, onun ayrı-ayrı ölkələrdəki dialektləri də dərindən öyrənilməlidir”-deyə fikrini əsaslandırır.
“Bu strateji bir məsələdir. Çünki nə vaxtsa həqiqətən torpaqları işğaldan azad edəcəyik. Ölkələr arasında diplomatik əlaqələr qurulacaq. Ancaq erməni millətçilik ideologiyası uzun müddət Ermənistan cəmiyyətində olacaq. Bununla mübarizə aparmaq, daha effektiv, səmərəli iş qurmaq üçün şübhəsiz ki, onun dilini bilən mütəxəssislərə ehtiyac var. Bu gün Azərbaycanda bu sahə üzrə mütəxəssislər var, lakin onlar yaşlaşır və yerini gənclərə verməlidir. Təkcə xarici mənbələrdən götürülən informasiyalar kifayət etməyəcək”.
Onun təklifinə bu baxışı sərgiləyənlərə Aydın Mirzəzadə: “belə bəsit yanaşmanın seçki qabağı iç məğlubiyyətlərindən qaynaqlandığını”- vurğulayır.
“Bununla kimlərinsə dəstəyini qazanmaq məsələsinə gəlincə, bu dəsti-xətt Azərbaycan müxalifətinə xas olan cəhətdir.Bu qüvvələr ayrı-ayrı ölkələrin paytaxtlarında özlərinə dəstək qazanmaq üçün, hay-küyləri ilə Azərbaycanın daxili siyasətini qarışdırmaq istəyirlər. Aydın məsələdir ki, kim hansı formada fəaliyyət göstərirsə, digərlərini də həmin məsələlərdə ittiham etməyə çalışır. Bu baxımdan, mən müxalifət nümayəndələrinin birinin belə bəyanatına təəccüblənmirəm”.
Aydın Mirzəzadə iqtidara müxalif olan qüvvələrin böyük əksəriyyətinin onun təklifini dəstəklədiyini də qeyd edir:
“Mən hiss etdim ki, Azərbaycan iqtidarına qarşı müxalifətdə duran qüvvələrin böyük əksəriyyəti bu təklifə müsbət yanaşdılar”-deyə yazıb.
Tünzalə
/Yenises.ru/