Rusiya Snoudeni vermək niyyətində deyil
Bir yandan da Amerika ilə arasınıı soyutmaq istəmir.
Bir müddət əvvəl Hankokda gizlənmiş Amerika xüsusi xidmət idarəsinin sabiq agenti Snouden Ekvadora keçmək üçün Moskvaya üçüb. ABŞ höküməti onu 3 maddə ilə ittiham edir və hər üç maddəyə görə sabiq agenti 10 ilə qədər həbs cəzası gözləyir. Dövlət departamenti Snoudeni saxlayıb ABŞ-a esktradasiya edilməsini tələb edir.
RF prezidenti Putin bəyan edib ki, Rusiya Amerika xüsusi xidmət idarəsinin sabiq agenti Edvard Snoudeni ABŞ-a vermək niyyətində deyil. O artıq 2 həftədir ki, paytaxtın “Şeremetyev” aeroportunun tranzit hissəsindədir.
“Rusiya hansı şərtlərlə Snoudeni verməyə hazırdır”-sualına “Biz xarici kəşfiyyat idarəsinin əməkdaşlarını o zaman dəyişdirmişik ki, onlar tutulub saxlanılıb və RF məhkəməsi ilə onlara hökm oxunub”-deyə cavab verib.
Amerikanın sabiq agenti Edvard Snoudenin Rusiyada qalmaq şərtlərinə gəlincə, o, ABŞ-a ziyan vurmaqdan imtina edərsə, o zaman rəsmi Moskva onu qanadı altına ala biləcəyini bəyan edib Putin.
“Əgər burada qalmaq istəyirsə, bir şərtlə: mənim dilimdən qəribə səslənsə də, bizim amerikalı həmkarlarımıza ziyan vurmaq istiqamətinə yönəlmiş işindən əl çəkməlidir”-deyə Putin mətbuat konfransında bildirib.
“Snouden özünü əsasən insan haqları müdafiəçisi və döyüşçüsü hiss edir, bundan imtina etməyə niyyəti yoxdur, onun üçün də o, özünə ölkə seçməli və ora getməlidir ”-deyib prezident.
Putinin sözlərinə görə Snouden “özünü xüsusi xidmət idarəsinin sabiq əməkdaşı deyil, akademik Andrey Saxarova bənzər, ola bilsin bir az ondan fərqli miqyasda insan haqları döyüşçüsü –dissident sayır”.
“Bilirsinizmi, bizim insan hüquqları təşkilatları mümkün ölüm hökmlü ölkəyə onun verilməsi əleyhinə çıxış edərək, hesab edirlər ki, onu vermək olmaz. Amma bu da ayrı bir mövzudur”-deyib Putin.
/Yenises.ru/