RF vətəndaşalığı almağı sadələşdirən qanun Federasiya Şurasında təsdiqləndi


RF  vətəndaşalığı almağı sadələşdirən qanun Federasiya Şurasında təsdiqləndi
Rusiya bütün rusdillilərə qapısını açır. Federasiya Şurası RF vətəndaşlığı almağı sadələşdirən qanun layihəsini təsdiq edib. Qanun layihəsinə görə rus dilində sərbəst danışan və öz ölkəsinin vətəndaşlığından imtina edən şəxslər Rusiya pasportu ala biləcəklər.

Yeni qanun layihəsində həmçinin sadələşdrilimiş qaydada pasport almaq keçmiş SSRİ və ya Rusiya imperiyası ərazisində yaşayanlara da şamil edilməsi nəzərdə tutulur. Rusiya vətənaşalığı almaq istəyən şəxslərdən sadəcə müsahibədən keçmək tələb olunur. Bu müsahibənin nəticəsinə görə vətəndaşın rus dili daşıyıcısı olduğu təsdiq edilir. Bununla yanaşı müsahibədə vətəndaşın bilik səviyyəsi deyil, sadəcə rus dilini bilməsi əsas götürülür.

Qanun RF-nın yeni subyektləri olan Krım respublikası və federal əhəmiyyətli Svestapol şəhəri üçün də keçərlidir.

RF vətəndaşlığına sənədin qəbul müddəti də hazırda qüvvədə olan qanundakına nisbətən qisaldılıb. Belə ki, yeni layihədə bu prosedura üç aydan çox zaman almamalıdır.

/Yenises.ru/


Bir cavab yazın