Fuad Səfərov Putindən rus səifrinin qətli ilə təyyarə olayı arasında bağlılığı soruşdu-bunlar təsadüfdürmü?
Bu gün- (dünən) Rusiya prezidenti Vladimir Putinin sayca 12-ci mətbuat konfransını keçirdi. Mətbuat konfransında akkreditə olunmuş 1437 yerli və xarici jurnalist iştirak edirdi. Azərbaycan KİV-ni təmsil edən 7 jurnalistimiz də onarın arasında olsalar da, bu il də sual vermək fürsətini yaxalaya bilməyiblər. Lakin…
Sputnik Türkiyəni azərbaycanlı müxbiri Fuad Səfərov yenə də RF prezidenti Vladimir Putinə sual vermək şansına sahib olub. O mətbuat konfransında prezidentə Hələbin taleyi və ötən gün -dekabrın 19-da Türkiyədə rus səfirinin ölümü ilə nəticələnən sui-qəsdlə bağlı sual verib.
Fuad Səfərov “Sputnik”” Türkiyə redaksiyası : İlk dəfə Rusiya ilə Türkiyə vacib məsələ olan Hələb məsələsini Qərbin iştirakı olmadan həll edəcək. Demək Rusiya ilə Türkiyənin münsibətində böyük potensial var. Siz Yaxın Şərqin gücü kimi Rusiya-Türkiyə -İran üçbucağının gələcəyinə necə baxırsınız? Və izninizlə ikinci süualım:- Suriya məsələsi ilə bağlı razılaşdınız. Sonra Rusiya təyyarəsi vuruldu. Ardınca yenidən türk-rus münasibətləri normallaşmağa başladı. Sonra Hələblə bağlı əməkdaşlıq başlandı. Daha sonrasında rus səfiri öldürüldü. Sizcə, bunlar təsadüfdürmü?
Vladimir Putin əvvəlcə azərbaycanlı jurnalistin sualınının ikinci hissəsini cavablandırıb.
“”Səfirin qətli-bu Rusiyaya və rus-türk münasibətlərinə sui-qəsdir. Mən bizim təyyarənin Türkiyə rəhbərliyin birbaşa əmri olmadan vurulması tezisinə skeptikcəsinə-(şübhəli) yanaşırdım. İndi hər şey aydın olur ki, Türkiyədə ordu rəhbərliyinə və polisinin içərisinə destruktiv elementlərin nüfuz etməsi ciddi xarakter daşıyır. Lakin biz rus-türk münasibətlərinin vacibliyini dərk edir və on inkişaf etdirəcəyik. Münsibətləri normallaşdırdıqdan sonra bizə kompromiss tapmaq müyəssər oldu, umid edirəm ki, gələcəkdə də müyəssər olacaq””.
Sualın birinci hissəsi ilə bağlı isə Putin, doğrudan da Hələb ətrafında münasibətin nizamlanmasında Türkiyə prezidenti və İran rəhbərliyi çox böyük rol oynadıqlarını qeyd edib. “”Bilmirəm, bəlkə də bu ciddi səslənmir, amma biz -Rusiya olmadan bu mümkün deyildi. Belə ki, həqiqətən bizim əməkdaşlığımız effetklidir. Söhbət 100 min insanın Hələbdən çıxarılmasından gedir. Bu böyük humanitar aksiyadır, Türkiyə və İranın iştirakı olmadan da mümkün olmazdı. Və təbii ki, Suriya prezidenti Bəşər Əsədin. Mən İordaniya, Səudiyyə Ərəbistanı, Misirin də regionda vəziyyəti qaydaya salmaqdan ötrü iştiraklarını unutmuram. Və bir də qlobal oyunçu Amerika Birləşmiş Ştatlarının iştirakını. Biz razılaşma məsələsini müzakirə etmək meydançası kimi Astananı təklif etmişik və prezident Nazarbayev də meydançanı bizə verməyə razıdır, hamı razılaşıb””-deyə Putin bildirib.
Tünzalə Vəliqızı
Yenises.ru
“