Putin ABŞ-ın dövlət katibi Tillersonu qəbul edib
“Ölkə başçısının qrafikində Tillersonla görüç nəzərdə tutulmayıb””. Bunu Rf prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi. Bu açıqlamdan sonra Tillersonun Putinin qəbul edib- eyməyəcəyi mətbuatın diqqət mərkəzində idi. Və nəhayət… Hazırda Putin Kremldə ABŞ-ın dövlət katibi Tillerson ilə görüşü keçirilir.
Moskvada 2 günlük rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Reks Tillersonu bu gün RF prezidenti Vladimir Putin Kremldə qəbul edib.
Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edir. Bu gün əvvəlcə Lavrov və Tillerson arasında danışıqlar olub.
“”Rusiya prezidenti Putin Kremldə ABŞ-ın dövlət katibi Tillerson və RF xarici işlər naziri Lavrovu qəbul edir “”-deyə RF prezidentinin mətbuat katibi Dmitri Peskov informagentliklərə deyib.
Kreml görüşün başqa təfərrüatları haqqında məlumat vermir. Son ana qədər görüşün olub-olmayacağı məlum deyildi. Səhər Peskov bildirmişdi ki, ola bilsin ki, görüş baş tutacaq.
/Yenises.ru/“