Putin Səudiyyə Ərəbistanı kralının Moskvaya səfərini mühüm hadisə adlandırdı
Valdimir Putin Səudiyyə Ərəbistanı karlı Salman ben Abdel Aziz al-Saudun Ruisyaya səfərfini mühüm hadisə adlandırıb.
“Bu bizim münsibətlər tarixində Səudiyyə kralı Salman ben Abdel Aziz al-Saudun ilk səfəridir. Və bu öz-özlüyündə mühüm hadisədir. Bizim münasibətlərimizin gözəl tarixi var “”-deyə monarxla görüşündə prezident qeyd edib.
Rusiya başçısı xatırladıb ki, SSRİ hazırkı liderin atasının yaratdığı Krallığı tanıyan ilk dövlət olub.
“”Zat-aliləri, indi sizi burada qəbul etməkdən çox məmnunuq. Ümidvaram ki, sizin səfəriniz dövlətlərarası münasibətlərimizin inkişafına yaxşı bir təkan olacaq””-deyə ölkə başçısı əlavə edib.
Kral da öz növbəsində qeyd edib ki, Səudiyyə Ərəbistanı sülh, təhlükəsizlik və dünya iqtisadiyyatının inkışafı maraqları çərçivəsində Rusiya ilə münasiblərin möhkəmlənməsinə çalıçacaq. O, Putina xoş qarşılanması üçün təşəkkür edib və 2006-cı ildə Rusiyada olduğunu deyib.
Səudiyyə monraxının Rusiyaya səfəri çərşənbə günü başlayıb. Bu gün kral al-Saud Vladimir Putinlə danışıqlar aparacaq. Liderlərin toxunacağı əsas mövzular içərisində – neft bazarında vəziyyət, hərbi-texniki əməkdaşlıq, Suriya və Səudiyyə Ərəbistanı ilə Qətər araındakı böhran var.
Kralın Moskva səfərinin oktyabrın 7-nə kimi davam edəcəyi planlaşdırılır.
Yenises.ru
“