Trampın Putinlə görüşün alınmayacağı sözlərinə Kremldən reaksiya
Prezidentin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Putinlə gözlənilən görüşdən imtina edəcəyi xəbərinə aydınlıq gətirib.
Onun sözlərinə görə Rusiya tərəfi Amerika prezidentinin bəayanatına diqqət yetirib. Bununla yanaşı razılaşdırılımış görüş baş tutatacaq və ona hazırlıqlar davam edir.
“Amerika tərəfdən hər hansı əks informasiya gəlməyib”-deyə Peskov bildirib.
Bundan əvvəl Tramp Kerç boğazında Ukrayna gəmiləri ilə bağlı olayla əlaqədar Argentinada keçiriləcək G20 sammitində Putinlə görüşdən imtina edəcəyi ilə hədələmişdi.
Noyabrın 25-də Ukraynanın hərbi dəniz qüvvələrinə aid üç gəmisi Rusiya dövlət sərhədlərini pozaraq Kerç boğazı istiqamtinə yönəlmişdi. Moskva bu hərəkətə cavab olaraq Kerç boğazını bağlamışdı. Kiyev gəmilərinə qarşı Moskvanı güc tətbiq etməkdə suçlamış və yardım göndərmişdi. Axşama doğru Ukrayna gəmilərinin atəşə tutulduğunu xəbər verimiş və bundan sonra gəmiləri öz limanlarına geri dönmüşdü.
YENİSES.RU