KREML PUTİNLƏ ƏRDOĞANIN GÖRÜŞÜ ÇƏTİN OLACAĞINI DÜŞÜNÜR
Şərtlər zorlayacaq və ya zorlanacaq…. Kreml martın 5-6-da İstanbulda nəzərdə tutulan Ərdoğan-Putin görüşünün gərgin keçəcəyindən əndişələnir. Eyni zamanda həmin tarixdə Fransa prezidenti Makron və Almaniya kansleri Merkelin İstanbulda zirvə görüşü olacaq. Putinin o görüşdə iştirak edəcəyi Kremldən təsdiqlənməyib.
Kremldə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gözlənilən görüşün asan olmayacağı gözlənilir. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin”” efirində xəbər verib.
“”Bu, əlbətdə ki, çətin bir görüş olacaq, ancaq dövlət başçıları İdlibdəki vəziyyətin həllinə və Soçi razılaşmalarına sadiq olduqlarını təsdiqləyirlər”” -deyib və bunu vacib hesab etdiyini vurğulayıb.
Fevralın 28-də iki ölkə liderləri arasında telefon danışığı zamanı Ərdoğan Putindən Ankaranı Dəməşqlə “” təkbətək”” qoymasını istəyib.
Fevralın 28-də Peskov Putin və Ərdoğan arasında danışıqların martın 5 və ya 6-da aparılacağını bildirmişdi. Türkiyə Suriyanın İdlib əyalətindəki vəziyyətlə bağlı məsələnin yalnız iki ölkə liderlərinin görüşü ilə həll edilə biləcəyini qeyd etmişdi
Martın 5-də İstanbulda Ərdoğan, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin iştirakı ilə zirvə toplantısı planlaşdırılır. Türkiyə tərəfi Rusiya prezidentinin də bu görüşdə iştirakı edəcəyini xəbər verib, amma Kreml hələ ki, bunu təsdiqləməyib.
YENİSES.RU“