Putin Ərdoğanla anlaşmadan danışdı


Putin Ərdoğanla anlaşmadan danışdı

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı Suriyada vəziyyətin nizama salınması ilə bağlı razılığa gəldiklərini bəyan edib.

Putin, razılaşma protokolunun detallarını Rusiya və Türkiyə XİN başçılarının açıqlayacağını xəbər verib.

“Biz Suriyada baş verənlər mövzusunda heç də hər zaman türkiyəli həmkarlarımızla razılaşmırıq, lakin hər zaman bir kəsişmə nöqtəsi tapırıq ki, bu dəfə də belə oldu”” -deyə Putin qeyd edib.

Rusiya lideri həmçinin Türkiyə prezidentinə Moskvaya gəldiyi üçün təşəkkürünü bildirib.

YENİSES.RU


Bir cavab yazın