ABŞ Yunanıstandakı bazasını bağlayır


Tramp Yunanıstandakı hərbi bazasını bağlayır. Vaşinqton artıq Ukraynaya Amerika texnikası və personalını göndərməmək qərarına gəlib.

“Demokratiya” nəşrinin məlumatına görə, ABŞ Aleksandrupolisdəki (Yunanıstan) bazasını bağlayır. Əvvəllər ondan Ukrayna və Şərqi Avropa ölkələrinə hərbi yardımın çatdırılmasını təşkil etmək üçün istifadə olunurdu. Şimal-Şərq Hərbi Dairəsində münaqişənin həlli istiqamətində Amerika-Rusiya danışıqlarının uğurlu nəticələrinə görə bazanın artıq ABŞ üçün lazım olmadığı göstərilir. Bundan əlavə, Türkiyə hakimiyyəti dəfələrlə onun işindən narazılığını bildirib. Qeyd edildiyi kimi, Yunanıstan da öz növbəsində Vaşinqtonun NATO tərəfdaşı kimi tanınmasını və etibarını itirib.

“Demokratiya” nəşri onu da qeyd edib ki, yeni lider (Tramp nəzərdə tutulur-T.V) Putin və Ərdoğanın tələblərini yerinə yetiriərək, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin üstünklüyünü əlindın almaq istəyir.

əsas səbəb isə Rusiya -ABş danışıqlarındakı hərəkətlilikdir. Bu Ankaraının xeyrinə olacaq. Bosforda Türkiyəninn mövqeyini daha da gücləndirəcək. Yunanıstanda bazanın olması Türkiyəyə qarşı bir qalxan idi. İndi ondan da məhrum buraxılacaq.

Politoloq Konstantin Bloxinin fikrincə, hazırda Rusiyaya qarşı Amerika xarisi siyasətində fikir dəyişikliyi hiss olunmaqdadır. Əsas məqsəd Rusiyanı Qərbin orbitinə çəkməklə Çindən ayırmaqdır.

Amerikanın Yaponiyadakı keçmiş. səfiri Ram Emmuniel isə Trampın NATO-nu bazasını bağlaması addımını “Stalinin arzusunu” yerinə yeütirmək kimi qiymətləndirib. O, siyasi ekspret Mayk Merfinin rəyini dilə gətirərək II Dünya savaşı zamanı Stalin NATO blokunun dağımasını isyətirdi -deyə bildirib.

Siaysi şərhçilər Amerika ordusunu NATO-dan çıxardığı təqdirdə, NATO-nun Avropa hərbi blokunun yaranması qaşılmaq olacaq. Bu Vaşinqtonun siyasi mövqeyinə uyğun olub olmadığını Trampın sonrakı addımları müəyyən edəcək.

Tünzalə Vəliqızı,
Moskva