Şairə Afaq Şıxlının ailəsində üç yubiley qeyd edildi


Şairə Afaq Şıxlının ailəsində üç yubiley qeyd edildi
Moskvada yaşayan tanınmış şairə, Rusiya və Avrasiya Yazıçılar birliyinin üzvü Afaq Şıxlının ailəsində bu bahar bayramında bir neçə əlamətdar gün yaşanıb.
Milli bayramımız olan Novruzun qeyd olunduğu günlər şairə xanım üçün bir də ona görə unudulmaz və əlamətdardır ki, onun ailəsinin təməli bu ayda qoyulub, anası, oğlu və həyat yoldaşı bu ayda dünyaya gəlib.
Bu ilin martı isə ailənin 3 yubileyinə təsadüf edib.

Şairə Afaq Şıxlının ailəsində üç yubiley qeyd edildi
Elə bu əlamətdar günlərlə bağlı Moskvada “Görüş” (“Vstreça”) kafesində Afaq Şıxlının ailə qurmasının 25, həyat yoldaşının 50, oğlu Nicatın 20 illik yubileyləri bir arada qeyd edildi. Qohumların, dostların və Afaq xanımın təmsil olunduğu ictimai mühitin əhatəsində keçən yubleydə ev sahibləri hər kəsi salamladı.

Şairə Afaq Şıxlının ailəsində üç yubiley qeyd edildi
Bu əlamətdar günü onlarla paylaşan qohumlara, dostlara minnətdarlıq edən Franis müəllim 25 illik ailə həyatında onun hər qayğısını, əziyyətini ana kimi çəkən xanımına minnətdarlıq etdi. Bir ata kimi də özünün yubileyinin oğlu Nicatla bir aya, bir ilə düşməsinin bir ayrı sevinc olduğunu dilə gətirib, qəlbindən keçən hisslərin sözlə ifadə oluna bilməyəcək qədər, o qədər həzin, o qədər mərhəm olduğunu söylədi.

“Gümüş toy”larını qeyd edən ailənin sevincini paylaşan və bu məclisdə iştirak edən Azərbaycan Yazıçılar Birliyi Rusiya bölməsinin katibi, şair Nəsib Nəbioğlu “Gümüş toy”u həm də həyat yoldaşı və oğlunun yubileyi ilə birgə qarşılayan Afaq Şıxlıya ailə sədadəti arzuladı. “Belə mehriban əhatədə olan xanımı məhəbbət şeirləri yazmağa ruhlandıran düşünürəm ki, belə bir ailəyə sahib olmasıdır”- dedi.

Şairə Afaq Şıxlının ailəsində üç yubiley qeyd edildi“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov da Afaq xanımı bu üç yubiley münasibətilə təbrik edib, ən xoş arzularını dilədi. O, 25 ildir yanan bu ailə ocağının daha gur yanmasını, şölələrinin özlərini və ətrafını işığa qərq edib, istindirməkdə davam etməsini, Azərbaycan ailələrinə örnək olacaq bu ailənin sarsılmaz birliyinin daimi olmasını söylədi.

Yubiley gecəsində ailəsini təbrik edən gənc yazıçı Nilufər A.Şıxlı belə bir ailədə doğulduğu üçün şanslı olduğunu bildirdi və şıltaqlıqla atasına bir az daha da mehriban və səxavətli olmasını arzuladı. Qardaşı Nicata da öz növbəsində can-sağlılğı xoşbətlik arzulamaqla yanaşı, Vətəninə, ailəsinə layiq övlad, bacısına belə sevimli qardaş olmaqda davam etməsini bildirdi.

Şairə Afaq Şıxlının ailəsində üç yubiley qeyd edildi
Azərbaycan mahnılarının, muğamlarının müşaiyəti ilə keçən yubiley gecəsində şairə Afaq Şıxlı 25 illik ailə həyatının bu günkü xoşbəxt tablosunda yer alan doğmalarına təşəkkür etdi. Həyatının ayrılmaz parçası olan yaradıcılıq uğurları da, ailədə qazandığı uğurlar qədər əzizdir-dedi. Bu gecənin sevincinə şərik olan hər kəsə minnətdarlıq əlaməti olaraq, “şairənin də cavab hədiyyəsi şeir olar””-deyib oğluna həsr etdiyi şeirini oxuyub akkordu sözə-şeirə köklənmiş gecəyə öz naxışını vurdu.

Tünzalə Vəliqızı
Moskva


Bir cavab yazın