Rusiyada iş elanlarında yaş həddi və cinsiyyəti göstərmək qanunla yasaqlandı
14 iyilda “Rusiya Federasiyasında əhalinin məşğulluğu” haqqında federal qanununa və RF qanunvericilik aktına edilən dəyişiklik qüvvəyə minib.
Həmin dəyişikliyə əsasən vakant yerlər haqqında məlumatda namizədlərin cinsiyyəti, yaş həddi və milliyyətini göstərmək qadağan edilir. 14 iyuldan həmçinin ictimai birliklərə aidlik, ana dili, dərinin rəngi, maddi və ailə vəziyyəti haqqında məlumatlara da yasaqlandı.
Yeni qanunu pozmağa görə 15 min rubl məbləğində cərimə müəyyən edilib.
Onu da qeyd etmək yerinə düşər ki, qanuni yasaq iş axtaranlara şamil olunmur. Onlar həmişəki kimi özləri haqqında isənilən informasiyanı yazıb yerləşdirə bilərlər.
/Yenises.ru/