Navalnıy Qərbə “Putinin klanını”” qara siyahıya salmağı təklif etdi”


Navalnıy Qərbə "Putinin klanını" qara siyahıya salmağı təklif etdi
“Putinin klanı”” siyahısında Abramoviç, Usmanov, Ümumrusiya Dövlət Teleradio şirkətinin baş direktoru Oleq Dobrodeev, oğlu -VKontakte sosial şəbəksinin baş direktoru Boris Dobrodeev, teleaparıcı Solovyev, prezidentin köməkçisi Vladislav Surkov və prezident administrasiyası rəhbərinin müavini Vyaçeslav Volodinin adları çəkilib.

Financial Times-a müsahibəsində müxalifətçi Aleksey Navalnıy Qərbin yeni elan etdiyi sanksiya siyahısını təzələməyi, Donbass cəbhəçilərini deyil, Rusiyadakı biznesmen və məmurları ora əlavə etməyi təklif edib. O, onları “”klan”” adlandırıb.

Navalnıy müsahibəsində Qərb ölkələrinə müraciətlə, qara siyahıya min nəfərə yaxın adamı salmağı, onların qərb ğlkələrinə getməsinə qadağa qoyulmasını və bunu səssiz etməyi bəyan edib. “”O adamları vurmaq gərəkdir ki, müharibəni maliyyələşdirir, təblig edir, əsl müharibə partiyasına daxildirlər””.

Navalnıy hesab edir ki, Krteml məmurlarının ailələrinin hesablarını dondurub, olara viza verməkdən imtina etmək, Donetsk cəbhəçilərinin sanksiya siyahısına salınmasından daha effetkli olar.

Putin haqqında danışarkən Navalnıy “”Putinin sülalə idarə üsulu yaratmaq istədiyini indi anladığını””- deyib. Sanksiya paketini Rusiyanın var-dövlətinə nəzarət etməkdə Putinə yardım edənlərə yönlətmək lazımdır. “”Abramoviç, Usmanov və onların ailələri özlərinin London və İsveçrədəki iqamətgahlarına gedə bilməyəndə hər şey fərqli olacaq””-deyə müxalifət cəbhəsinin tanınmış lideri bildirib.

Onun fikrincə, Qərbin sanksiya siyahısında Ümumrusiya Dövlət Teleradio şirkətinin baş direktoru Oleq Dobrodeev, oğlu Boris Dobrodeev (VKontakte sosial şəbəkəsinin baş direktoru), teleaparıcı Vladimir Solovyev ( Navalnıq onun tez-tez İtaliyda Komo gölü yaxınlığındakı iqamətgahına getdiyini qeyd edib) kimi adamlar olmalıdır. Kreml məmurlarından isə prezidentin köməkçisi Vladislav Surkov və prezident administrasiyası rəhbərinin müavini Vyaçeslav Volodinin adını çəkib. “”Onların uşaqları istirahət günləri Parisə üçür, Donbass hərbi səhra komadirləri deyil””,-deyə vurğulayıb.

Xatırladaq ki, Krım Rusiyanın tərkibinə daxil edilən zaman Navalnıy Qərbin qara siyahısına salınacaq məmurlardan Volga Group-un başçısı Gennadi Timçenkonun, “”Rostneft””in başçısı İqor Seçinin, “”Qazprom””un başçısı Aleksey Millerin, Rusiya Dəmir yolunun prezidenti Vladimir Yakuninin, bankir Yuriy Kovalçukun adlarını çəkmişdi. Bundan sonra ABŞ Rotenberq, Kovalçuk, Yakunin və Timçenkoya qarşı sanksiya tətbiq etmişdi.

Qərb bu dəfə də Navalniyı eşidəcəkmi?

/Yenises.ru/


Bir cavab yazın