ASGA-nın Rusiya Nümayəndəliyi slavyan ölkələrindəki azərbaycanlıları tanıtdıracaq layihəyə başladı


ASGA-nın Rusiya Nümayəndəliyi  slavyan ölkələrindəki azərbaycanlıları tanıtdıracaq layihəyə başladı
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya Nümayəndəliyinin “SLAVYAN ÖLKƏLƏRİNDƏKİ AZƏRBAYCANLILAR” adlı layihəsi start götürüb. Bütün slavyan dünaysındakı azərbaycanlıları tanıtdırmağa xidmət edəcək layihə bir il ərzində davam edəcək.

Bu barədə ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili məlumat verib: “Layihənin məqsədi Azərbaycan və slavyan xalqları arasında əlaqələrin inkişafına dəstək göstərmək, slavyan ölkələrində yaşayan, təhsil alan azərbaycanlı tələbələr, elm adamlarını Azərbaycan və dünya ictimaiyyətinə tanıtmaqdır. Bir il müddətinə davam edəcək layihə çərçivəsində slavyan ölkələrindəki tanınmış azərbaycanlılardan müsahibələr alınacaq və mediada yayımlanacaq. 1 ilin sonunda layihə iştirakçılarının Bakıda və slavyan ölkələrinin paytaxtlarında görüşlər təşkil olunacaq, eləcə də onların müsahibələri kitab şəklində çap olunacaq. Layihə çərçivəsində hazırlanacaq yazılar “diasporinfo.com” saytında rus dilində, diaspor.az və “7News.az ” saytında Azərbaycan dilində dərc olunacaq”.

T.Allahverdili aidiyyatı qurumları əməkdaşlığa dəvət edib: “Bu layihə birbaşa ölkəmizin xaricdə təbliğinə istiqamətlənib. Bu baxımdan bəzi qurumların dəstəyinə ehtiyacımız var”.

/Yenises.ru/


Bir cavab yazın