Moskva ziyalıları başsağlığı verir


Moskva ziyalıları  başsağlığı verir
Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli nasir, Xalq yazıçısı Maqsud İbrahimbəyov uzun sürən xəstəlikdən sonra mart ayının 22-də 81 yaşında dünyasını dəyişib.

Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.

Maqsud İbrahimbəyov altmışıncı illərin əvvəllərindən bədii yaradıcılığa başlamış elə o illərdən də cap olunmağa başlamışdır, nasir, dramaturq, kinossenarist və rejissor kimi yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından uzaqlarda da yaxşı tanınmışdır. Onun əsərləri hələ Sovet İttifaqı dönəmində olduqca populyar idi. Yazıçının əsərləri bir cox SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuş, yazıçıya şöhrət qazandırmışdır. Əsərləri müxtəlif ölkələrin mötəbər teatrlarında tamaşaya qoyulumuşdur.

Onun “Mezozoy əhvalatı”” pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. “”Mezozoy əhvalatı””, “”Bayquş gəlmədi””, “”Yay tətili””, “”Bütün yaxşılıqlar üçün – ölüm!””, “”Truskavetsə kim gedir?””, “”Sən nəğməmsən mənim””, “”Ona görə ki, mən Ayvar Lidakam””, “Böyük şəhərin nağılları”, “Bütün yaxşılıqlara ölüm” “Bizim Cəbiş müəllim” və s. ssenariləri əsasında filmlər çəkilmişdir.

“”Qəza””, “”Bir az da sevinc””, “”Eşitmədiyim mahnı””, “”Qoy o bizimlə qalsın”” və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılmışdır. “”Bayquş gəlmədi”” və “”Bütün yaxşılıqlar üçün – ölüm!”” əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilmişdir.

Maqsud İbrahimbəyov 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib, Azərbaycan Dövlət mükafatı laureatı (1976-cı il), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979-cu il), Azərbaycanın xalq yazıçısı (1988-ci il) fəxri adlarına layiq görülüb. 1995, 2000, və 2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Biz moskva ziyalıları bu acı xəbərdən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Ona Allahdan rəhmət diləyirik!

Allah Rəhmət eləsin!

ZİYALILAR ADINDAN: Nəsib Nəbioğlu, Ramiz Abutalıbov, Cəfər Sadıq, Sərdar Abdullayev, Mirəşrəf Fətiyev, Sabir Həbibov, Azər Cahangirov, Aydın Mehdiyev,Tünzalə Vəliqızı, Yusif Əmiraslanov, Mərdan Feyzullayev, Rabson Məmmədov, Eldar Abbasov, Abuzər Bağırov, Qüdrət Qurbanov, Paşa Quliyev, Rafiq Qafarov, Bella Musayeva, İlhamə Qurbanova, Mehman Məmmədov, Alşan Zakirov, Kamran Rüstəmov, Camal Camalov, Anar Həsənov, Fuad Səfərov, Fuad Abbasov, Fərid Əkbərov, Şəhriyar İmanbəyli, Əvəz İbayev, Yavər Həsən, Validə Məmmədova, Qorxmaz Axundov, Füzuli Fərəcov, Mehman Şükürov və başqaları.

/Yenises.ru/


Bir cavab yazın