Azərbaycanın Rusiyaya aid 3 Paralimpiada lisenziyasından imtina etməsi rəğbət doğurub
Rio de Janeyro Paralimpiada oyunlarında iştirak etməkdən ötrü Rusiya idmançılarının qazandığı lisenziyadan 3-ü Azərbaycana təqdim edilsə də, Azərbaycan ondan imtina edib.
“Rusiyalı idmançıların qazandıqları lisenziyalar naməlum vasitələrlə müxtəlif ölkələr arasında paylaşdırılıb. Azərbaycana da 3-ü düşüb. Lakin biz onu qazanmamışıq””-deyə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov o lisenziyalardan imtina edildiyini bildirib.
Nazir onu da qeyd edib ki, Paralimpiada-2016-dan Rusiya idmançılarının kənarlaşdırılması doğru deyil.
Avqustun 23-də İdman Arbitraj məhkəməsi rusiyalı idmançıların Rapalimpiadaya buraxılması üçün verdiyi şikayəti rədd edib. Rusiyaya məxsus 267 lisenziyanı başqa ölkələr arasında bölüşüdürmək qərara alınıb. Azərbaycan ona düşən 3 lisenziyadan imtina edib.
Bu xəbər rusiyalılar tərəfindən geniş müzakirəyə səbəb olub.
Vzqlyad qəzetinin rəsmi internet saytında verilən xəbərə oxucular maraqlı şərhlər yazıblar. Bəzi oxucular Azərbaycandan belə bir addımı gözləmədiklərini bildirsələr də, bir çoxları Azərbaycanın bu addımını əsl kişi hərəkəti adlandıraraq, “”Sağ ol, Azərbaycan””, “”Hörmətlər”” -deyə minnətdarlıq ediblər.
“”Havayı yerə Rəşid Behbudovu, Müslim Maqomayevi sevmirik””, “”Dostlar bu gündə tanınar”” kimi Azərbaycana rəğbətli cox sayda şərhlər də var. Hətta bir oxucu bu xəbərə “” Azərbaycanın bu addımına görə sabah gedib azərbaycanlıdan evə qarpız alacam”” yumoru ilə reaksiya verib. “”Azərbaycan paralimpiadaçılarına azarkeşlik edəcəyik”” -deyə ölkəmizə müsbət münasibət sərgiləyərək, hətta idmandan siyasətə- “”Ermənilərin yanından yan keçəcəm””, “”Qarabağı emənilərdən alıb onlara vermək gərəkəcək”” fikirlərini də paylaşıblar.