Rusiyada dünya internet bağlantısı kəsilə bilər
Bu barədə Rusiya prezidentinin internet üzrə məsləhətçisi German Kilmenko bildirib.
“Bizim Qərb ortaqlarımız Krımda Google və Microsoft servizlərini bağladılar. Krımda yaşayan domen sahibləri bütün qazandıqlaırnı itirdilər””-deyə Klimenko söyləyib.
Onun sözlərinə görə Rusiya ona hazır olmalıdır ki, onun dünyaya internet bağlantısını kəsə bilərlərlər. Prezidentin məsləhətçisi onu da qeyd edib ki, Qərb tərəfdən münasibətlər pisləşməyə doğru gedir. Ona görə yerli internet seqmentimizi tənzimləməmiz lazımdır.
“”Vacibdir ki, Rusiyada poçt, teleqraf, telefon və sosial şəbəkələr işləsin””-deyən Klimenko, onu da əlavə edib ki, tənzimlənmə qanunu adi istifadəçilərə toxunmayacaq.
Bundan başqa Klimenko ruslara bankçı, hüquqşünaslıq oxumaqdansa, internet proqramçılığı sahəsinə üz tutmağı məsləhət görüb. Bu gün o sferada- yüksək texnologiyanı bilənlərə daha ehtiyac duyulduğunu vurğulayıb.
/Yenises.ru/“