Zirəddin Rzayev onu tənqid edən həkimə: Mən onu tanımıram!
Tanınmış rusiaylı ekstrasens Zirəddin Rzayev onun klinik psixoloq kimi təqdim olunmasını “biabırçılıq”” sayan həkim-nevroloq Qalib Əsədovu “tanımadığını” söylədi.
“”Mənim adımla özünü reklam etməkdənsə”” xəstələrdə özünüzə inam yaradın ki, başqa yerlərə üz tutmasınlar mesajını da çatdırdı. Və sizin məntiqiniz şikəstdirsə, bunun günahı məndə deyil dedi.
ATV-nin “Bizimləsən” verilişində Moskvadan canlı bağlantı ilə iştirak edən Zirəddin Rzayevin klinik psixoloq kimi təqdim edilməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bu cür təqdimata həkim-nevroloq Qalib Əsədovun reaksiyası isə daha sərt olub. O, Zirəddin Rzayevin adının yanında klinik psixoloq yazılmasına etirazını belə ifadə edib. “”Psixologiya kifayət qədər ciddi bir elm sahəsidir. Klinik psixologiya isə bu elmin ən çətin bölmələrindən biridir. Efirdə belə təqdimat nəinki psixologiyanın, ümumiyyətlə elmin ucuzlaşması, gözdən salınmasına xidmət edir. Bu, sadəcə biabırçılıqdır!””
Zirəddin Rzayev də öz növbəsində tanınmış həkim nevroloq kimi təqdim edilən Qalib Əsədovu tanımadığını söylədi. “ Mən onu tanımıram. Onun məni tanıması isə aramızdakı fərqə bariz nümunədir”.
Saytımıza açıqlamasında Zirəddin Rzayev onu da qeyd etdi ki, mənim klinik psixoloq kimi təqdim edilməmdən narahat olan və haqqımda elmi ucuzlaşdırırmışam kimi danışan o həkim-nevroloqa soruram. O kimdir? Və söylədiyi fikirin məntiqsizliyi ilə özünün heç kim olduğunu təsdiq edir.
Zirəddin Rzayev şəxsi facebook səhifəsində ona ətraflı cavab verəcəyini də söylədi. Və cavab ləngimədi.
Zirəddin Rzayev Qalib Əsədova ünvanladığı sosial şəbəkədəki paylaşımında ixstisasca klinik psixoloq olduğunu və Azərbaycanda tibbi, hüquqi və pedaqoji psixologiya üzrə mutəxəssis, psixologiya elmləri doktoru, professor Kərim Kərimovdan, psixologiya elmləri doktoru, professor və konfliktoloq Ramiz Məmmədzadədən dərs aldığını yazıb. O, Azərbaycanın tibb sahəsində tanınmış alimi Əhliman Əmiraslanov, tibb elmləri doktoru, professor Azər Əmiraslanov kimi səxsiyyətlərlə dostluq etdiyini, eyni zamanda Sergey Nikifirovic Puzin kimi məşhur rusiyali akademikin onun haqqında hörmət və izzətlə fikir söylədiyini də vurğulayıb.
Bu gun də Moskvadakı klinikaların birində klinik psixoloq kimi çalışdığından bəhs edən Zirəddin Rzayev Qalib Əsədova –“ Kim dedi ki, kliniki psixologiya elmin ciddi sahəsi deyil??? Mən əgər psixologiya və klinik psixologiya üzrə həm Azərbaycanın və həm də Rusiyanın ən tanınmış alimlərindən ( sizin kimilərindən yox ) təhsil almışamsa və sizin bundan xəbəriniz yoxdursa, məntiqiniz axsaqdırsa bundan sorumlu olan mən deyiləm ki…”-ifadəsiylə kəsikin reaksiya verib.
Zirəddin Rzayev ekstrasens kimi tanınmağından əlavə klinik psixoloqdursa və bu sahə üzrə fəaliyyət göstəirisə, bunu gizlətməlidirmi- deyə də soruşur.
O, Qalib Əsədovun onun adıyla özünü reklam etdiyinə də eyham vurub. Utancverici hal bu gün Azərbaycanda xəstələrin onun kimi həkimlərin ucbatından başqa yerlərə müalicə üçün üz tutmasıdır -deyə tənqid edib. “” Siz bundan danışmalısınız, Rzayev soyadı altında özünüzü reklam etməməlisiz””.
Tünzalə Vəliqızı
Moskva
24.04.2020
“