“Dolların kursu haqqında proqnoz vermək” mənasızdır


“Dolların kursu haqqında proqnoz vermək” mənasızdır
RF İqtisadi İnkişaf naziri Ulyukaev yaxın vaxtlarda dolların kursu haqqında proqnoz verərək falçılıq etməyi mənasız sayır.

Nazir “kurs düzələcək və bazar qiymətinə olacaq” ifadəsindən belə çəkinib.

O, həmçinin hansı kursun Rusiya iqtisadiyyatı üçün təhlükəli ola biləcəyi barəsində də susub. Ulyukaevin sözlərinə görə kursun dəyişkənliyinin təsiri müxtəlifdir: “Bəzi müəssisələr üçün rublun dəyərdən düşməsi – xeyirdir, bir başqası üçün-bu fəlakətdir, üçüncüsü üçün isə-neytraldır”.

İqtisadi inkişaf nazirinin sözlərinə görə hazırda rublun dəyəri gələn ilin ödəmə balansı əsasına görə müəyyən edilərsə, kursu tarazlıq həddindən aşağıdır. “İndiki kursla cari əməliyyat hesabına görə müsbət balans kapital hesabına görə mənfi balansdan nəzərəçarpacaq dərəcədə yüksək olacaq, bu da onun göstəricisidir ki, rubl çox satılıb və özünün təbii dəyərindən zəifdir ”-deyə nazir izah edib.

Neftin qiymətindən danışarkən Ulyukaev perspektivdə onun hazırkı qiymətindən baha olacağını söyləyib.

İqtisadi inkişaf naziri qısa perspektivdə rublun möhkəmlənməsini gözləndiyini bildirib. Bununla yanaşı qeyd edib ki, “rubl tarazlıq kursunu çoxdan keçib”.

Cümə günü dolların kursu 48,65 rubl rekord həddini keçib, avro isə 60,27 rublun üstündə dayanıb.

/Yenises.ru/


Bir cavab yazın