Moskva milyarderlərinin sayına görə dünyada ikincidir
Birinci yeri isə dünyann ən varlı insanlarının cənnət saydıqları Nyu-York tutur.
CNN Money saytında dərc olunan bu araşdırmanı Wealth-X araşdırma biznes portalının ekspertləri aparıblar.
Bütün dünyada iqtisadi böhran yaşansa da milyarderlərin sayı durmadan artır. 2013-cü ildən 2014-cü ilə kimi onların sayı rekord həddə-2325 nəfərə çatıb. Bunlardan Moskvanın payına 85 milyarder düşür. RF paytaxtı bu sayla Nyu-Yirkdan sonra ikinci yerdə dayanır.
Nyu-York 103 miyarderi qoynuna alıb. Ümumilikdə isə ABŞ-da miyarderlərin ¼ hissəsi yaşayır. Qalan ¾ hissəsi isə yaşamaq üçün dünyanın 20 böyük şəhərini seçib. O cümlədən Hanqoq 82 miyarderi ilə 3-cüdür.
Qəribədir ki, miyarderlrin porteri çox cansıxıcı görünür. 60 nəfər kişi milyarderin 2 uşağı var. Onların mülkiyyəti orta hesabla 3 mlyard dollardır. Qadınlar arasında milyarder olanların sayı isə 286 nəfərdir. Onlardan 65%-nə bu milyardlar miras olaraq qalıb. Bununla yanaşı 90% kişi sərvətini öz əməyi ilə qazanıb. Miyarderlərin 1/3 ali təhsilli ilə öyünə bilməzlər. Ali təhsili olanlar da bunu əsasən ABŞ-ın insititutlarında alıblar.
Milayderlərin öz qəribəlikləri də var. 3-də biri xeyriyyəçiliklə məşğuldur, bir çoxunun idman komandaları var. Ən orijinal hobbisi olan isə rusiyalı milyarder Dmitri İstkovdur. O, ölümsüzlüyün sirrini axtarır.
/Yenises.ru/