Dollar iki həftəlik fasilədən sonra yenidən qalxdı: 54 rubl
Moskva satış birjasında bu gün dollar və avronun dəyəri yükəslib. İki həftədir ki, rubl tərəfindən sıxışdırılan dollar və avro yenidən öz öz mövqeyinə qayıdır. Bu gün səhər satış açılışından beş dəqiqə sonra dolların dəyəri 54 rubla kimi yüksələrək 8 apreldən bəri öz maksimumunu təzələyib. Avro isə 57,4 rubl olub.
Dollar və avronun qalxmasını neftin dünya bazarında qiyməytinin enməsi və həmçinin Rusiya Bankının xarici valyutaların auksiondakı aşağı dərəcəsinin böyütməsi ilə əlaqəqləndirirlər.
Qeyd edək ki, son iki həftədə rublun möhkəmlənməsi ilə bağlı iqtisadi ekspertlər, onun bu mövqeyinin keçici olduğunu söyləyirdilər. Rublun aprelin ikkinci yarısından sonra yenidən enəcəyi və hətta aprelin 30-da yenidən aşağı həddə düşəcəyini bildirmişdilər.
Xatırladaq ki, son iki həftədə dollar 49 rubla qədər eniş etmişdi.
/Yenises.ru/