MasterCard ödəmənin selfi ilə həyata keçirilməsinə icazə verib


MasterCard ödəmənin selfi ilə həyata keçirilməsinə icazə verib
Mastercard ilə ödəmələr pin kod və parolsuz həyata keçiriləcək. Bunun üçün selfi etmək kifayətdir.

Mastercard ödəmənin təsdiq olunması üçün yeni imkanlar sistemi yaratması haqqında Britaniyanın FinancialTimes qəzeti məlumat verib. O, üzü və barmaq izini tanıyan sistem yaradıb, bu informasiya kart sahibinin kimliyini təsdiq etməyə yetərlidir. Belə olan halda ödəyicilərin pin kodu və parolu daxil etməsinə gərək qalmayacaq.

Yenilik artıq ABŞ və Hollandiyada yoxlanılıb, üzümüzə gələn yayda isə 14 ölkəni əhatə edəcək.Dəqiq hansı ölkələr haqqında isə bir söz deyilmir.

Ekspertlərin fikrincə, selfi bizim həyatımıza daha sıx daxil olur və praktiki şəkildə xeyir gətirir. Məsələn, Yaponiyada artıq selfi-stiker proqramı yaradılmağa başlanılıb ki, bu da həmsöhbətinə smaylik əvəzinə onu göndərməyə imkan verir. Nəticədə bu imkanlardan təkcə dostluq yazışmalarında deyil, iş məsələlərinin həllində də istifadə etmək mümkün olacaq.

/Yenises.ru/


Bir cavab yazın