Moskvada “uğursuz aşıq” 5 nəfəri güllələdi
Moskvanın şimal-şərq rayonunda əczaçılıq kompaniyasının hüquqşünası insanlara atəş açıb. Bu haqda paytaxtın hüquq mühafizə orqanlarından məlumat verilib. Ehtimala görə hüquqşünas həmkarına qarşı uğursuz məhəbbətdən əziyyət çəkirmiş. Məhəbbətinə cavab almayan uğursüz aşiq 5 gün içib və sonra şirkətə gələrək anbarın həndəvərində atəş açıb. Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölənlər arasında sevdiynin olduğu haqqında məlumat yoxdur.
Xəbər verildiyi kimi hadisə Çermyanski küçəsində səhər saat 10:00-da baş verib. İstintaq komitəsi 5 nəfərin ölümünü təsdiq edib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Gənc adam iki “Sayqa” və italyan tipli Binelli karabinindən atəş açıb.
Hadisənin “Riqla” aptekinin maliyyə -iqtisadi bölməsinin anbarında baş verib.
Hüquqşünasın 30 yaşlı Dmitriy Vinoqradov olduğu haqda isə Life News məlumat verib.
/Yenises.ru/