Xodorkovskinin 50 yaşına- Tərəfdarları saxlanıldı
Moskvanın Arbat küçəsində Mixail Xodorkovski tərəfdarlarının razılaşdırılmamış gəzintisi onlarla adamın saxlanması ilə müşaiyət olunub. «OVD-info» portalının məlumatına görə polis 46 aktivisti şöbəyə aparıb. Jurnalist Aleksandr Rıklin də olmaqla, Xamovniki daxili işlər şöbəsinə 26 şəxs gətiriblər. “Solidarnosti” təşklatından olan və başı yarılan aktivist Denis Yudin isə Arbat polis şöbəsinə piyada aparılıb. Başqa bir polis maşınında olan aktivistlərin hara aparıldığı məlum deyil.
Qeyd edək ki, üçüncü gün günorta Tver bulvarında Xodorkovskinin 50 illik yubileyi ilə əlaqədar icazəli aksiya keçirilib. “İnsan haqları uğrunda” hərəkatının təşkil etdiyi mitinqdə “Yabloko”, RPR-PARNAS, “Solidarnosti” hərəkati və “5 Dekabr” partiyası iştirak ediblər. Tədbirdə polis 7 nəfəri saxlayıb. Bu aktivistlər mitinqə üzərində Neftoyuqanskinin öldürülmüş meri Vladimir Petuxovun şəkli olan koynəkdə gəliblər. Merin ölümündə “Yukos”un daxili iqtisadi təhlükəszilik şöbəsinin rəhbəri Aleksey Piçuqin günahkar bilinərək məhkum olunub.
/Yenises.ru/