Moskvada Səhiyyə işçiləri yenə ayağa qalxdılar
Moskvada Həmkarlar ittifaqı səhiyyə işçilərini müdafiə edən mitinqə çıxıb. DİN-in Moskva üzrə baş idarəsinin məlumatına görə aksiyada 1500 adam iştirak edir. Hər hansı bir insidentin qeydə alınmadığı deyilir.
Aksiya iştirakçıları Samoteçnaya meydanında çıxış edərək Deleqatskaya küçəsinin Durov küçəsi ilə kəsiməşinə kimi yürüş edərək, oradan da mitinqin keçiriləcəyi Olimpiya prospektinə keçiblər.
Mitinqçilər əllərində tələblərini əks etdirən “Birlikdə layiqli səhiyyə üğrunda!” , “Səhiyyə təşkilatlarının ixstisarına “yox””! ”, “Tibb işçiləri və xəstələr, birləşin!” –yazılmış şüarlar tutublar.
Rusiya əmək konfederasiyasının təşkil etdiyi aksiyada RPR- Parnas, “Yabloko”, Yüksəliş partiyası və digər solçu təşkilatların aktivləri də iştirak edirlər.
Mitinq paytaxt höküməti ilə razılaşdırılıb.
Xatırladaq ki, “səhiyyə işçilərinin ixtisara salınması əleyhinə” mitinq noyabrın 2-də keçirilimişdi. Suvorov meydanında baş tutan o mitinqdə 6 minə yaxın etirazçı iştirak etmişdi.
/Yenises.ru/“