Kadırov Çeçenistanda baş verən vertolyot qəzasının təfərrüatını açıqlayıb


Kadırov Çeçenistanda baş verən vertolyot qəzasının təfərrüatını açıqlayıb
Çeçen lideri bu gün baş verən vertolyot qəzası barədə ətraflı məlumat verib. Sərhədçiləri gətirən vertolyot hündürlüyü 150 metr olan yüksəklikdən dərəyə düşüb.

“Hazırda M-8 vertolyotunun qəzaya uğraması ilə bağlı xəbər belədir. Bu gün İtimkalinskin Tusxaroy hissəsində yerləşən sərhədçi bölümünün vertolyotu sərhədçiləri zastavaya aparmaq üçün uçub””,-deyə Kadırov özünün Teleqram səhifəsində yazıb.

Vertolyot sərhədçiləri düşürmək üçün aşağı enib. Bu zaman qəfil külək qopub. Vertolyotda olan sərhədçilərdən ikisi özünü yerə atıb. Qalan 7 nəfərlə birlikdə vertolyot 150 metrlik dərəyə yuvarlanıb.

Kadırov onu da əlavə edib ki, hadisə yerindən beş nəfərin ölüsü və iki yaralı tapılıb.

“”Yaralılardan biri respublika xəstəxanasında keçinib. Digərinin vəziyyəti ağır stabil olaraq qalır. Hazırda o həkimlərin nəzarəti altındadır və vəziyyəti imkan verərsə Moskva qospitalına aparılacaq””-deyə Kadırov əlavə edib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir