Moskvada yüksəkliyə Ukrayna bayrağı sancıldı


Moskvada  yüksəkliyə Ukrayna bayrağı sancıldı
Moskvada yüksəkliyə Ukrayna bayrağı asan 3 nəfər saxlanılıb. Onlar Tanaqka polis idarəsinə aparılıblar.

Moskvada Kotelniki bulvarındakı yüksəklik ərtafında olan tikinti nərdivanı quğusuna çıxaraq yüksəkliyə Ukrayna bayrağı sancan 3 nəfər saxlanılıb. Verilən məlumata görə “bayraq”” aksiyasında 5 nəfər iştirak etsə də, polislərə onlardan 3-nü tutmaq müyəssər olub. Taqanka daxili işlər idarəsinə gətirilən 3 nəfər ilə söhbət aparılır.

Bu bina əvvələr də vandalizm əməlinə məruz qalmışdı. Belə ki, 2014-cü il avqusutun 20-də bir qrup Kotelniki bulvarındakı yüksəkliyin qülləsinə 3×6 metr ölçüdə Ukrayna bayrağı asmış və ulduzun üst hissəsini göy rəngdə rəngləmişdilər. Bu aksiyanın iştirakçılarına qarşı əvvəl RF Cinayət məcəlləsinin 214 cü maddəsi (“”Vandalizm””) ilə iş qaldırılmşdı. Sonra bu suçlamanı RF CM-nin 213-cü maddəsi ilə (“”Xuliqanlıq””) əvəz etmişdilər. Hadisəni törədən 5 iştirakçıdan 4-ü bəraət almış, bir nəfər-Vladimir Podrezov isə 2 il 3 ay həbs cəzası ilə cəzalandırılmışdı.

/Yenises.ru/


Bir cavab yazın