Moskvanın mərkəzində gecikdiyi üçün taksi sürücüsünü güllələdilər
Moskvanın mərkəzində taksi sürücüsü sifariş yerinə gecikdiyi üçün müştəri tərəfindən güllələnib.
Hüquq mühafizə orqanlarında olan mənbənin verdiyi məlumata görə hadisə nəticəsində bir nəfər yaralanıb. “Moskva”” şəhər xəbərləri agentliyinin verdiyi xəbərdə hadisə Bakinskiy küçəsi 26-cı evin yaxınlığında baş verdiyi deyilir. “”Yandeks Taksi”” xidmətinin müştərisi sürücüyə narazılığını bildirib. Taksi sürücüsü müştəri ilə təklikdə danışmaq istəməyib və tanışlarını çağırıb. Acıqlanan müştəri travmatik tapançasını çıxararaq ona dörd dəfə atəş edib və nəticədə sürücünün tanışı yaralanıb.
Hadisənin şərtləri müəyyənləşdirilir.
Yenises.ru“