Sosial şəbəkə istifadəçiləri Kemerovadakı yanğında yüzlərlə insanın öldüyünü yazırlar
Kemerovoda “Zimnyaya vişnya”” ticarət mərkəzində baş verən yanğınla bağlı sosial şəbəkələrdə yayılan məlumatlarda yüzlərlə insanın öldüyü deyilir. Bununla yanaşı, Fövqəladə hallar nazirliyinin rəsmi məlumatına görə baş verən faciədə 64 nəfər həyatını itirib.
“”Exo Moskvı””nın məlumatına görə sosial şəbəkələrdəki yazılanları oxuyub belə qənaətə gəlmək olar ki, “”Zimnyaya vuşnya”” tucarət mərkəzində baş verən yanğında 170-dən 355-ə qədər adam ölmüş ola bilər. İstifadəçilər bu xəbəri FHN-də, polisdə, morqda işləyən qohumları və dolstlarının dediyklərinə istinadən yazırlar. Bu məlumatların doöruluğunu yoxlamaq çox çətindir, lakin rəqəmlər o qədər də fantastik görünmür. Hadisəni görən şahidlər təsdiq edirlər ki, təkcə 3 kinozaldan birində 100-ə yaxın adam varmış, bir o qədər də uşaq attraksionda və buz meydançasında ola bilərdi.
Lakin istintaq komitəsi yüzlərlə insanın ölmə faktını təkzib edir. İstintaq komitəsi qeyd edir ki. bu informasiyalar həqiqətə uyğun deyil.
O da bildirilir ki, yanğının baş vermə səbəbi hələ müəyyən edilməyib.
Yenises.ru“