Moskva vilayətinində baş müstəntiq güllələndi
Rusiya DİN Nəqliyyat idarətməsi üzrə xüsusi işlər idarəsinin Mərkəzi Federal dairəsindəki bölməsinin müstəntiqi Yevqeniya Şişkina Moskva vilyətinin Krasnoqorski rayonunda evinin qarısında güllələnib. Bu barədə RF İstintaq Komitəsinin Moskva vilayəti üzrə nümayəndəliyinin yetkilisi Olqa Vradiy TASS-a məlumat verib.
“Oktyabrın 10-da səhər saat 7:00 radələrində naməlum şəxs Krasnoqorski rayonunun Arxanqelski qəsəbəsində yerlşən evin blokundan çıxan bir qadına atəş açıb. Boyun nayihəsindən yara alan qadın hadisə nəticəsində həyatını itirib””-deyə o, bildirib.
Vradiyin sözlərinə görə öldürülən qadın DİN Nəqliyyat idarətməsi üzrə xüsusi işlər idarəsinin Mərkəzi Federal dairəsindəki bölmədə baş müstəntiq imiş. Hadisə ilə bağlı RF CM-nin 105-ci maddəsi ilə (Adam öldürmə) cinayət işi qaldırılıb.
REN TV-nin qeyd etdiyinə görə baş müstəntiqə qarşı bu birinci sui-qəsd deyilmiş. Yanvar ayının 14-də gecə ona qarşı sui-qəsd olmuşdu. Bundan başqa əvvəllər Yevqeniya Şişkinanın avtomobili də yandılırmışdı.
Yenises.ru“