Şeremetev aeroportunda sərnişin təyyarəsi qəzaya uğrayıb-13 ölü
Gazeta.ru-nun verdiyi məlumata görə Moskva- Murmansk reysi ilə Şeremetev aeroportundan uçan Sukhoi Superjet 100 təyyarəsi havaya qalxandan 28 dəqiqə sonra təcili eniş edib. Təyyarə enəndən dərhal sonra yanmağa başlayıb.
Qəza baş verəndən sonra sərnişinlər şişirdilmiş pilləkənlə 55 saniyə içərisində evakuasiya ediliblər. İnternetdə yanan laynerin videoçarxı paylaşılıb. Kadrdan görünür ki, sərnişinlərdən biri təyyarənin qanadında baş verən alovu lentə alır. Bundan başqa adamların qışqırığı eşidilir.
Şeremetev aeroportunda baş verən hadisə ilə bağlı cinayət işi qaldırılıb. Qeyd edək ki, təyyarə qəzasında 2-si uşaq olmaqla 13 nəfər əlüb, bir çoxları yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Sərnişinlərin doğmaları üçün qaynar telefon xətti açıqdır: +7 (495) 232-65-40
Yenises.ru