Operativ qərargah Ximkdə təcili yardım maşınlarının tıxac səbəbini açıqlayıb
Bu gün sosial şəbəkələrdə yayılan Ximki yolundakı təcili yardım maşın karvanının tıxac yaratması ilə bağlı operativ qərargahdan açıqlama verilib. Federal tibbi-bioloji klinik mərkəzinin qarşısında təcili yardım maşınlarının toplanması koronavirusa yoluxanların artması ilə əlaqəlidir.
Qeyd edilir ki, son günlər COVİD-19 virusuna yoluxanlaırn sayı artıb. Bütün stasionarlar və təcili yardım stansiyaları gücləndirilimiş iş rejimində işləyirlər.
“Tibb müəssisələrinin rəhbərliyi xəstələrin palatalar arasında ən qısa müddətdə paylanması üçün bütün mümkün tədbirləri görür””-məlumatda deyilir.
Qərargahdan onu da bildiriblər ki, bütün xəstələr xəstəxanaya yerləşdiriləcək və onlara tibbi xidmət göstəriləcək.
Koronavirusa yoluxmuş xəstələrin 13 şəhər xəstəxanası ilə yanaşı, özəl xəstəxanalar və federal stansiyalarda da qəbul edildi vurğulanır.
Rusiyada bu günə kimi 13584 nəfər koronavirusa yoluxub, 100 nəfərdən çox xəstə ölüb və təxminən 1050 adam müalicə olunaraq sağalıb.
YENİSES.RU“