Həmd olsun Allaha
Misirin Luksor şəhərində baş vermiş hadisəni möcüzə adlandıranlar heç də haqsız deyillər. AP agentliyinin verdiyi xəbərə görə, 28 yaşlı Həmdi Hafiz əl-Nubi öz dəfni zamanı… qəflətən dirilib.
Həkimlərin dediyinə görə cavan oglan inşaatda çalışarkən aldığı geniş infarktdan “ölüb”. Haqa əl-Simman kəndində işlədiyi yerdə o özünü pis hiss edib, huşunu itirib və ürəyi dayanıb. Həkimlər də ölüm faktını təsdiqləyiblər.
Həmdinin dəfninə bütün kənd sakinləri toplaşıb. Onu cənazəyə qoyarkən həkim oğlanın nəbzinin vurduğunu və onun nəfəs aldığını hiss edib.
Oğlunun dirilməsini eşidən ana özündən gedib və həkimlər bu dəfə ona yardım ediblər. Beləliklə cənazə mərasimi Həmdi Hafizin həyatda qalması şərəfinə şadyanalıq məclisinə çevrilib. Bu yerdə deyiblər: Allaha inanmayan kafirdir.
Yenises.ru