Doqquz ölkə Suriyanın səfirlərini ölkəsindən çıxartdı
Qərb ölkələri Houl şəhində 108 nəfərin ölümü ilə nəticələnən faciəyə etiraz olaraq olaraq öz ölkələrindən Suriya səfirlərini çıxardıb. Suriya diplomatlarını çıxaran ölkələr bunlardır: ABŞ, Fransa, İsveçrə, Böyuk Britaniya, Almaniya, İspaniya, İatliya və Avstriya.
Rusiya bu hərəkətə şübhə ilə yanaşıb. Avropa Şurası yanında Rusiya sədri Vladimir Çijov qərb ölkələrinin bu reaksiyasını bir müddət əvvəl AŞ-sı ölkələri səfirlərinin Minskdəki çağırışları ilə müqaysə edərək, “heç kimi təsirləndirmir” deyə qeyd edib.
Dövlət departamentinin sədri Biktoriya Nuland bəyan edib ki, ABŞ baş verənlərdə rəsmi Dəməşqi cavabdeh hesab edir. Suriyanın prezidenti Bəşər Əsəd isə ölüm hadisədində “terrorist” adlandırdırğı müxalifətçi-sünniləri təqsirləndirib.
Suriyada beynəlxalq elçi olan Kofe Annan Bəşər Əsədlə görüşüb, vmünaqişədə olan hər iki tərəfdən təcili bu qanı dayandırmağı tələb edib.
/Yenises.ru/