Fələstində 15 yaşlı qız bələdiyyə başçısı seçilib


Fələstində 15 yaşlı qız bələdiyyə başçısı seçilib
Fələsində dünyanın ən gənc bələdiyyə başçısı seçilib. 15 yaşındakı Bəşər Osman adlı qızı bu vəzifəyə gətiriblər.
“Əl Ərəbiyə”nin xəbərinə görə Bəşər Osman iki ay müddətinə Allar qəsəbəsinin bələdiyyə başçısı içləyəcək.
Osman maliyyə sənədlərindən başqa bütün sənədlərin imzalanması hüququna sahib və bundan məsuliyyətli olacaq.
Gənc bələdiyyə başçısını qoruyucusu seçilmiş Süfyan Şahid Osmanın bu vəzifəyə gətirilməsinin gənclərə etibar edilmsi yolunda xüsusi bir addım olduğunu söyləyib.

Şahid gənclərə etimad göstərmək üçün maddi yollardan daha çox fərqli yönlər tapmalı, əvvəlcə onların qarşısına çixan maneələri qaldırmaq gərəkdiyini bildirib.

Osman da öz növbəsində bu təcrübəni gələcəkdə dövlət qurumlarında vəzifə almaga hazırlıqlı olmaq üçün digər gənclərlə paylaşmaq istədiyini qeyd edib.

/Yenises.ru/


Bir cavab yazın