Çaves: “Məni seçməsələr, vətəndaş müharibəsi başlayacaq”


Çaves:  “Məni seçməsələr, vətəndaş müharibəsi  başlayacaq”
Venesuela prezidenti Uqo Çaves seçkilərdə uduzarsa, ölkəsini vətəndaş müharibəsi gözləyəcəyini deyib. Bu haqda “Sinxua” agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.

“Əgər sağ qüvvələr hakimiyyətə gələrsə, bu mənim 14 illik hakimiyyətim dövrümdə hökm sürən sosial islahatların sonu deməkdir. Nəticədə bu da ölkədə vətəndaş müharibəsinə səbəb ola bilər”. Bu szöləri Çaves Ansoateqi ştatında seçicilərlə göruşdə dilə gətrib.

Seçkilər 2012-ci ilin oktyabrında keçiriləcək. Namizədliyini qeydə aldırmaq üçün müxalifətdən Çavesin əsas rəqibi olan Enrike Kapriles və daha üç nəfər sənədlərini verib.

/Yenises.ru/


Bir cavab yazın