İsrail 22 ildir yalan danışır
İranın xarici işlər naziri İsrailin baş nazri Binyanim Netanyahunu yalan danışmaqda suçlayıb. İslam respublikasının diplomatının dediyinə görə İran atomu məsələsində “o, 22 ildir ki, yalan danışır”.
“Biz Netanyahudan yalan və beynəlxalq ictimai rəyi çaşıdrmadan başqa bir şey eşitmədik, lakin onun bu uydurmaları cavabsız qalmayacaq”-deyə İranın xarici iaşlər naziri Cəfər Zərif bəyan edib.
“22 ildir sionist rejim aldadır və təkrar-təkrar bəyan edir ki, altı aydan sonra İranın atom bombası olacaq. Bu qədər illər keçdikdən sonra dünya bu tipli bəyanatın nə dərəcədə həqiqətə uyğun olduğunu təyin etməli və onu tirajlamaqdan imtina etməlidir ”-deyə onun sözlərindən “İnterfaks” sitat gətirib.
Ayxan
/Yenises.ru/