KİV Ankaraya çevriliş haqqında məlumatı Moskvanın xəbər verdiyini öyrənib


KİV Ankaraya çevriliş haqqında məlumatı Moskvanın xəbər verdiyini öyrənib
Erdoğanı Rusiya ilə vaxtında barışmaq qurtarıb. Hərbi çevriliş hazırlığı olduğunu rəsmi Ankaraya rus kəşfiyyatı xəbər verib. İranın Fars agentliyi ərəb KİV-nə istinadən belə bir məlumatla çıxış edib.

İranın Fars agentliyi Ankaraya hərbi çevrilişin hazırlanması haqqında məlumatı rus kəşfiyyatının xəbər verdiyini yazıb. Fars agentliyi ərəb KİV-nə istinadən bu haqda xəbər verib. Erdoğanın qaldığı otelə vertolyotun yaxınlaşması haqqında məlumatı guya rus kəşfiyyatı ötürüb. Rus ordusu türk milli kəşfiyyat təşkilatına hərbi çevriliş olacağı haqqında xəbərdarlıq edib. İranın Fars agentliyi ərəb KİV-nin adını çəkmədən, bu məlumatın Ankaradakı mənbədən alındığını bildirib.

Diplomatın sözlərinə görə rus ordusunun nümayəndələri hərbuçilərlə paylaşılan xüsusi əhəmiyyətli məlumatlı kodlu radioqrammanı tutublar. Onlar hərbi çevrilişə hazırlığa işarə edirmiş.

Mənbə onu da qeyd edir ki, tutulan məlumata görə bir neçə vertolyot Mərmərisdə Erdoğanın qaldığı otel istiqamətinə yollanıb. Bundan əvvəl də Əll Cəzirə Türkiyə prezidentinin onu tutmaq və ya öldüməyə gələn qiyamçılardan yarım saat əvvəl oteli tərk etdiyini xəbər vermişdi.

İdarənin həmsöhbıti Rusiyanın hansı stansiyasının məlumatı tutduğunu demir.

Agentlik onu da bildirir ki, çevriliş cəhdindən bir həftə əvvəl Rusiya ilə Türkiyə arasındakı münasibətlər Erdoganın Putinə “üzr məktubundan”” sonra yaxşılaşmışdı. Bu məktub əslində Erdoğanın həyatının xilası olub. Əgər münasibətlər düzəlməsəydi Rusiya tərəfi hərbi çevriliş xəbərini Türkiyəyə verərdimi, bilmirəm,- deyə həmsöhbət vurğulayıb.

Türkiyə hərbi qüvvələri kəşfiyyatın hərbi çevriliş haqırlığı haqqında məlumatı onun başlanmasından bir neçə saat əvvəl aldığını deyib. Bu iyulun 15-də saat 16:00-da baş verib. Hərbiçilər Baş qərargah rəhbərliyinə bu haqda məlumat ötürə biliblər.

Bundan əvvəl də Əl Cəzirə kanalı qiyamçıların yazışmasına görə çevrilişin gecə saat 03:00-da planlaşdırıldığını, lakin hansısa fövqəladə vəziyyətə əsasən təxminən düşüncələrini 6 saat əvvəl həyata keçirməyə cəhd etdiklərini xəbər vermişdi.

Yenises.ru


Bir cavab yazın