Böyük Britaniya mağazada 16 milyon avro xərcləyən Zamirə Hacıyevanı həbs etdi
Tutulan qadın Azərbaycan Beynəlxalq bankının sabiq başçısı hazırda Azərbaycanda həbsxanada cəza çəkəm Cahangir Hacıyevin həyat yoldaşıdır. Zamira Hacıyeva Londonda mağazada böyük məbləğdə pul xərcləməkdə və bahalı daşınmaz əmlak almaqda ittiham olunur.
Məlumatda o da qeyd edilir ki, Böyük Britaniyanın Harrods univermağında 16 milyon avro xərcləyən 55 yaşlı Zamirə Cinayətkarlığa qarşı mübarizə milli agetıliyinin “Maliyyə cinayətkarlığı haqqında “” qanunu çərçivəsində yoxladığı birinci adamdır. Onun Londonda sahib olduğu 15 miyon avroluk daşınmaz əmlakı da diqqət çəkib.
Londonun Vestminster məhkəməsinin məlumatına görə London polisi Azərbaycan hökümətinin bildirişinə əsasən Zamirə Hacıyevanı keçən həftə həbs edib. Onun 400 min avro məbləğində zərgərlik əşyası müsadirə olunub və aktivləri dondurulub.
Britaniya hüquq mühafizə orqanı xanım Hacıyevanın təzminatla biraxılmasını rədd edib və apellyasiya şikayətinə sabah- həftənin dördüncü günü Ali məhkəmədə baxılacaq.
Yenises.ru
“