CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x’b’ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.
Vaşinqtonda təyyarənin İran radarının potensial hədəfinin altına düşdüyünə inanılır. Bir qədər sonra təyyarə qəzaya uğray;b.
Kanalın bildirdiyinə görə, ABŞ kəşfiyyatının bu xəbəri dərhal yayımlamadan əvvəl onu dəqiqlədirməyiə qərar verib bu üzdən bir az gözləyib.
Bununla yanaşı, Vaşinqton əmindir ki, Tehran layneri səhvən vurub.
Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 təyyarəsi çərşənbə günü səhər Tehranın hava limanından çıxdıqdan qısa müddət sonra qəzaya uğramışdı. Rəsmi məlumatlara görə, təyyarədə olan 176 nəfər- İran, Ukrayna, Kanada, Almaniya, İsveç və Əfqanıstandan olan 167 sərnişin, habelə 9 ekipaj üzvü həlak olub.
YENİSES.RU