Putinin Ukraynada baykerlərlə işgüzar səfəri başlanıb


 Putinin Ukraynada baykerlərlə  işgüzar səfəri başlanıb
Rusiya prezidenti V. Putin özünün Ukraynaya işgüzar səfərini motoskletçilərin “Noçnıe volki” düşərgəsində görüşlə başlayıb. Sevastopoldan Yaltaya gedən yolda dövlət başçısı tanış motoskletçiləri salamlamaq üçün dayanıb və bundan sonra V.Yanukoviçlə danışıqlara gedib-deyə “İnterfaks” məlumat verib.
Düşərgənin girişində prezidenti “Noçnıe volki”nin lideri Xirurq qarşılayıb. Xatırladaq ki, Xirurq seçkilər zamanı Putinin inanılmış şəxslərindəndir və 6 mayda keçirilən inauqurasiyaya dəvət olunmuşdu. Onlar bir-birini mehriban salamlayıblar. Bayker prezidenti 20-21 iyulda keçiriləcək şouya dəvət edib.
“Əgər siz özünüz gələ bilməsəniz, o zaman uşaqlara videomüraciət də etmək olar, bunu onlar çox xahiş edirlər”-deyib bayker. Putin cavabında: “Mütləq edərik”-deyib.

Xirurq bayk-şounun bu il Sevastopolun qəhrəman tarixinə həsr olunduğunu bildirib. Onun sözlərinə görə bu şəhərədə “Noçnıe volki” klubuna cox yaxşı yanaşırlar və “Sevasopolu satmamamğı” xahiş edirlər.

“Sevastopolu satmayın” , amma “Novorossiyskini də unutmayın”-deyə Putin qeyd edib.
Putin əvvəllər də “Noşnıe volki”nin bazasında olmuş, Novorossiyskdə geşirilən bu səpkidən olan təbdirdə içtirak etmişdi. Putin klubun nə qədər üzvü olduğünü soruşub. Xirurq bu yay 80 minə qədər klub üzvü olduğunu söyləyib.
“Bu təkcə qəyləncəyə deyil, xalq diplomatiyasıan çevrilib”-Xirurq əlavə edib.

Baykerlər Putinə klublarının simvolu kimi gozdəkçələrini hədiyyə verib və ondan birlikdə xatirə şəkli çəkdirmələrini rica ediblər.

/Yenises.ru/


Bir cavab yazın