Tacikistanda insanlar muxalifəçinin qətlinə etiraz olaraq mitinqə çıxdılar


Tacikistanda  insanlar  muxalifəçinin qətlinə etiraz  olaraq  mitinqə çıxdılar

Tacikstanda minlərlə Xoroq sakini müxalfətin öldürülmüş keçmiş lideri İmomnaziar İmomnazarovun meyidini götürüb meriyanın qabağına axışdılar.

Yenises.ru-nun “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə “İmomnazar İmomnazarovun meydini götürüb meriyanın qaşısında mitinq edən minlərlə insan Xoroq hökümət başçısının istefasını tələb edib. Bu haqda agentliyə Xoroq Daxili İşlər idarəsinin nümayəndəsi məlumat verib.

Şəhər sakinlərindən birinin dediyinə görə hökümət nümayəndələrindən bir neçəsi mitinq edənlərin qarşısına çıxaraq onları sakitləşdirməyə səy edib, amma onlara dəyənəklər , plastik qablar və daş atıblar.

“Bir neçə daş hökümət binasının pəncərəsnə dəyib, binanı qoruyan mühafizəçilər tapançadan havaya atəş açmağa məcbur olublar ”-Xoroq sakini danışıb.

Çərşənbə gecəsi Dağlıq Badaxşanın qeyri-rəsmi lideri, keçmiş səhra komandiri İmomnazar İmomnazarov öz evində odlu silahla qətlə yetirilib. Güllələrdən biri də onun qardaşına dəyib və hazırda o xəstəxnadadır.

Hüquq-mühafizə orqanları qətlin motivində əsas versiya olaraq “kriminal mübahisə” olduğunu göstərirlər. Əvvələr Tacikistan höküməti iyulda öldürülən xüsusi xidmət orqanının generalı Abdulla Nazarovun qətlidə İmomazarovu günhakarlardan biri olaraq göstərmişdi.

/Yenises.ru/


Bir cavab yazın