Rusiyadan Azərbaycana gedən qatarların hərəkəti dayandırılacaq


Rusiyadan Azərbaycana gedən qatarların hərəkəti dayandırılacaq
Hələlik bir illiyə…

Rusiya Dəmir Yolu dekabrın 14-dən Ukrayna, Azərbaycan, Qazaxıstan və Tacikistana gedən qatarların hərəkətini dayandıracaq.
Kompaniyadan bildiriblər ki, belə bir qərara səbəb həmin marşrutlarda gəlirin aşağı düşməsi ilə bağlıdır.

Rusiya Dəmir Yoluna bağlı “Federal sərnişin kompaniyası” (FSK) Aşıq səhmdar cəmiyyəti (ASC ) dekabrın 14-dən bir sıra MDB ölkələrinə gedən qatarların hərəkətini bir il müddətinə dayandıracaq. TASS-ın məlumatına görə FSK-nın nümayəndəsi söhbətin Azərbaycan, Ukrayna, Qazaxıstan və Tacikistan qatarlarından getdiyini bildirib.

“Qatarların 2014-2015-ci illərin hərəkət qrafikinə dəyişiklik edilib, onların dayandırılması qərarı bu marşrutlarda sərnişin daşınmasından gələn gəlirin aşağı düşməsi ilə əlaqədardır”-deyə RDJ-nun nümayəndəsi söyləyib.

Onun sözlərinə görə əgər əvvələr qatarların hərəkət qrafiki yay dövründə dəyişdirilirdisə, indi bu dekabrda olacaq.

Beləliklə, qatarların hərəkətinin ən azı bir illik dayandırılması qərara alınıb.

Agentliyin həmsöhbəti-“Lakin qrafikin bir detalı qalır, yəni lazım olarsa qatar təyin etmək mümkündür”-deyə qeyd edib. O, onu da dəqiqləşdirib ki, bu qərar Belorusiya, Özbəkistan, Moldova və Abxaziya qatarlarına aid deyil.

Məhəmmməd Məmmədov
/Yenises.ru/


Bir cavab yazın