Meydandan baş nazirliyə- Paşinyan seçildi
Ermənistan Milli Məclisi (parlament) müxalifət lideri Nikol Paşinyanı baş nazir vəzifəsinə seçdi. Bu haqda Mayın 8-də News.am xəbər verib.
Paşinyanın namizədliyini 59 millət vəkili dəstəkləyib, 42 nəfər isə onun əleyhinə səs verib. Səsvermədə 105 deputatdan 101-si iştirak edib.
İndi Paşinyan 15 gün müddətində Ermənistanın prezidenti Armen Sarkisyana yeni hökumətdə təmsil edəcək namizədlərini təqdim etməlidir. Paşinyan bildirib ki, rəqib Ermənistan Respublikaçı Partiyası ilə əməkdaşlığı istisna etmir. Siyasətçi eyni zamanda oliqarxları hökumətə dəvət etməyəcəyini də vəd edib.
Xatırladaq ki,birinci səsəvermədə namizədliyi keçməyən Paşinyanı Ermənistan parlamenti ikinci dəfə də seçib. Mayın 1-də keçirilən ilk seçkilərdə onun seçilməsi üçün 8 səs çatmamışdı. . Amma bu dəfə onun namizədliyi parlamentdə 105 yerdən 58-nə sahib olan Ermənistan Respublikaçı Partiyası tərəfindən də dəstəklənib.
Yenises.ru