Medvedev Ukraynaya hansı sanksiyalar tətbiq ediləcəyini açıqlayıb


Medvedev Ukraynaya hansı sanksiyalar tətbiq ediləcəyini açıqlayıb
Medvedev Ukraynaya qarşı planlaşdırlılan sanksiyadan danışdı. Onun açıqlamasına görə siravi Ukrayna vətəndaşları xaric, sanksiyanın yeli biznesmenləri vuracaq.

Rusiya hökümət başçısı prezident Putnin tapşırığına əsasən yaxın vaxtlarda Kiyevə qarşı yeni sanksiya siyahısını təqdim edəcəyini vəd edib.

Dmitri Medvedev Ukraynaya qarşı təbiq ediləcək sanksiyaya “Rusiyanın maraqlarına ziayn vuran”” yüzlərlə insan, o cümlədən biznes nümayəndələri və digər “”məşhur personalar””ın düşəcəyini bildirib. Onun sözlərinə görə sanksiya çərçivəsində bu insanlara aid olan hissələrin dondurulması və onlara məxsus vəsaitlərin çıxarılmasına qadağa qoyulması nəzərdə tutulur.

“”Söhbət birincisi, Rusiya Federasiyası ərazisində yerləşən aktivlərin bloklanmasından, yəni hər hansı bir əməliyyatın keçirilməsinin dayandırılmasından gedir. İkincisi, RF ərazisində yerləşən mənbənin pul vəsaitini göndərməsi qadağan ediləcək. Yəni ki, kapitalın çıxarılması qadağası””-deyə Medvedev qeyd edib.

Baş nazir sıravi ukraynalılara bu məhdudiyyətlərin toxunmayacağına da söyləyib.

Medvedev ayrıca, yeni sanksiya çərçivəsində əlavə olaraq Ukraynada istehsal olunan məhsulların Rusiyaya gətirilməsini qadağan ediləcəyənin planlaşdırıldığını da açıqalyıb. (Hazırda Ukrayna mallarına embarqo tətbiq edilir).

“”Söhbət Ukraynada məhz Rusiyaya göndərilmək üçün istehsal olunan məhsullardan gedir””-deyib Medvedev.

Yenises.ru


Bir cavab yazın