Donetsk sakinlərinin vətəndaşlıq almaq üçün Rusiyaya ilk gəlişi başlandı
Qondarma Donetsk Xalq Respublikasının 34 sakini ilk dəfə olaraq vətəndaşlıq almaq üçün Rusiya sərhəddini keçikdikləri barədə DNR-in miqrasiya xidmətinin rəhbəri Vladimir Krasnoşenko məlumat verib.
“Bu gün bu ilk səfərdir. Bundan sonra hər gün bizə təqdim edilən siyahı üzrə insanları Rusiya Federasiyasına gətirəcəyik””- deyə o aydınlaşdırıb.
Avtobusun artıq sərhəddi keçdiyi xəbərini isə RİA Novostinin müxibi verib.
Bir müddət əvvəl respublika höküməti Rusiya ərazisinə 7,5 min DNR sakininin sənəd qovluğunu göndərdiyini bildirmişdi.
Aprelin sonunda Vıadimir Putin Donbass sakinlərinə güzəştli Rusiya pasportu verilməsi haqda sərəncam imzalamışdı. O bu məsələnin sadədə humanitar məqsəd daşıdığını qeyd etmişdi. Moskvanın Kitevə hər hansı bir problem yaratmaq niyyəti olmadığı da vurğulamaqla yanaşı, DNR və LNR-də vətəndaşlıq hüququnun sərhəddi aşdığnı göstərmişdi.
YENİSES.RU“