11 metrlik cərimə zərbəsi- penaltinin tarixi


11 metrlik cərimə zərbəsi- penaltinin tarixi
Penalti-on bir metrlik cərimə zərbəsi oyunçunun xüsusi işarələnmiş yerdən qapıya vurduğu zərbədir. Hazırda futbolda bu element normal sayılır. Lakin o hər zaman belə olmayıb.

11 metrlik zərbə-penaliti 1891-ci ildə İrlandiyada meydana gəlib və əvvəllər ona “ölüm zərbəsi”” deyirlərmiş. Bu cərimə zərbəsini ideyasını qapıçı, İrlandiya Futbol Assosiasiyasının məmuru Uilyam Makkram irəli sürüb. O zaman Makkramın bu ideyası ictimaiyyətdə kəskin mübahisəyə səbəb olub, hətta penalti qanununu “”futbolun ölüm fərmanı”” adlandırıblar.

11 metrlik zərbənin əlehdarları (ingilis ölçü vahidindən istifadə edən ölkələrdə -12 yard) təsdiq edirlər ki, futbol- alicənab oyunudur, alicənablar isə qaydanı pozmurlar. Bir versiyaya görə İngiltərə kubokunun finalında komandalardan biri əl ilə oynadığına görə təyin olunmuş sərbəst zərbəni yerinə yetirə bilməyib, ehtimal ki, bu ictimai rəyin dəyişməsinə təsir edib.

Beləliklə üzün sürən müzakirələrdən sonra 2 iyun 1891-ci ildə Beynəlxalq Futbol Şurası Makkramın ideyasını qəbul edib. Əvvəlcə penaltini qapıdan 12 yard (10,97 m) aralıqda istənilən yerdən vurmaq olarmış 1903-cü ildən penaliti xüsusi işarələnmiş yerdən vurulur.

1912-ci ildə penalitinin vurulması ilə əlaqədar dəqiləşdirmə edilib. Zərbə yerinə yetirilən zaman qalan futbolçular zərbə nöqtəsinə 10 yard (9,15 m) məsafəyə qədər yaxınlaşa bilməzlər.

1929-cu ildə qapıçıya penalti vurulan zaman top istiqamətində hərəkət eməyi qadağan ediblər. Qapıçı zərbə yerinə yetirilənə qədər qapı xəttində qalmalıdır.

/Yenises.ru/”


Bir cavab yazın