Borçalı azərbaycanlıları söylədikləri rep ilə “O Səs Türkiyə” münsiflərini ayağa qaldırdı VİDEO


Borçalı azərbaycanlıları söylədikləri rep ilə “O Səs Türkiyə” münsiflərini ayağa qaldırdı   VİDEO
“Az qaldı bizi tanımağınıza” deyib münsifləri və bütün salonu ayağa qaldırdılar. Münsiflər və zaldakı tamaşaçılar “bir daha” alqışı ilə “O Səs Türkiyə” müsiqi yarışmasına tədim etdikləri repi təkrar söyləyib səhnəni bir daha canlandırdılar.

“O Səs Türkiyə” musiqi yarışmasının bu gecəki proqramında iki azərbayacnlı Afiq Novruzov və Hilal Ağakişiyev özlərinin remix etdikəri rep ilə iştirak etdilər.

Bu dəfə də azərbaycanlılar səs və təqdimatları ilə hər kəsi heyran qoydular. Murat Boz onları komandasına almaq üçün rep ağzı ilə ünisyyətə girdi. “Hətta o qədər gözəl və təsrili oxuyub, bütün tamaşaçını və bizi ələ aldınız ki, bir anlıq nə baş verdiyini belə anlamadıq, şok olduq”-dedi.

Münsiflər heyəti öz aralarında mübahisə edib, onların komandasında repçi olan Gökhan və Hakanı, Hadisəni seçməmələrini məsləhət gördülər.

Bütün münsiflər heyətini özlərinə sarı döndərən “Nəğd pul” qrupu olan azərbaycanlı iştirakçılar isə Gokhan və Hakanın komandasında yarışı davam etdirməyə qərar verdilər.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın